AZ

Alvares “Barselona” ilə 2031 ci ilə qədər müqaviləni razılaşdırıb

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

İspaniyanın “Atletiko” klubunun hücumçusu Xulian Alvares karyerasını “Barselona”da davam etdirəcək.

İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu Kataloniya təmsilçisi ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilənin şərtlərini razılaşdırıb.

Məlumata görə, tərəflər arasında danışıqlar davam edir və transferin 120-125 milyon avro qarşılığında baş tutacağı gözlənilir.

Qeyd edək ki, Alvares ötən mövsüm "Atletiko"nun heyətində bütün turnirlərdə 57 oyuna çıxaraq 29 qol vurub və 8 məhsuldar ötürmə edib.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
icma.az

1Mənbələr