AZ

bp-nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

Azərbaycan və Xəzər regionu qarşıdakı onilliklər ərzində dünya səviyyəli enerji qovşağına çevrilə bilər.

"APA-Economics" xəbər verir ki, bunu Bakı Enerji Forumunun “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyasında bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli deyib.

Onun sözlərinə görə, regionun zəngin karbohidrogen ehtiyatları, inkişaf etmiş enerji infrastrukturu, əlverişli biznes mühiti və güclü insan kapitalı bu məqsədə nail olmaq üçün əsas üstünlüklərdir.

C.Kristofoli bildirib ki, Xəzər hövzəsi dünyanın ən böyük karbohidrogen regionlarından biridir. O qeyd edib ki, Səngəçal terminalı, boru kəmərləri sistemi və digər enerji infrastrukturu ixrac marşrutlarının şaxələndirilməsinə imkan verir və 99% etibarlılıq göstəricisi ilə fəaliyyət göstərir.

bp rəsmisinin sözlərinə görə, Azərbaycan həm də yüksək ixtisaslı kadr potensialına malikdir: “Biz getdikcə daha çox Bakını yeni Hyuston və yeni Aberdinə çeviririk. Azərbaycanın mütəxəssisləri artıq təkcə yerli layihələrdə deyil, bp-nin dünyanın müxtəlif regionlarındakı fəaliyyətində də mühüm rol oynayırlar”.

Seçilən
27
2
apa.az

3Mənbələr