AZ

SOCAR: Avropaya daha çox qaz tədarük etməyə, əməliyyatları genişləndirməyə hazırıq

BAKI, 2 iyun. TELEQRAF

Əsas prioritet dəyişməz olaraq qalır – region üzrə müştərilərimizi davamlı və etibarlı enerji təchizatı ilə təmin etmək və regional enerji təhlükəsizliyinə töhfə vermək.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan paneldə deyib.

O qeyd edib ki, ötən illə müqayisədə, bu il tədarüklərin genişlənməsi artıq təkcə Avropa və Türkiyəni deyil, Suriyanı da əhatə edir:

“Bu o deməkdir ki, Azərbaycan artıq Suriya bazarına da qaz tədarük edir.

Hazırkı şəraitdə tərəfdaşlarımız daha çox qaz almaqda maraqlıdırlar, lakin bu qazın davamlı və etibarlı şəkildə təchiz olunmasını istəyirlər. Mövcud vəziyyətdə Azərbaycan qazı regionun ən etibarlı qaz mənbələrindən biri hesab olunur.

İstehsal planlarımız proqramımıza uyğun şəkildə irəliləyir və bu, tərəfdaşlarımıza daha çox qaz tədarük etməyə imkan verəcək. Bu baxımdan tərəfdaşlarımızla müzakirə etdiyimiz əsas məsələlərdən biri də Cənub Qaz Dəhlizinin genişləndirilməsidir ki, Avropaya daha çox qaz nəql etmək mümkün olsun.

Düşünürəm ki, vəziyyətin mahiyyəti son beş ildə müzakirə etdiyimiz məsələ ilə eynidir. Biz daha çox qaz tədarük etməyə hazırıq. Genişlənməyə də hazırıq. Lakin bunun üçün Avropadakı tərəfdaşlarımızın əməkdaşlığına və öhdəlik götürməsinə ehtiyacımız var”.

Seçilən
24
teleqraf.com

1Mənbələr