AZ

İran Dünya Çempionatına bu futbolçuları aparır - SİYAHI

İran milli komandası 11 iyun–19 iyul tarixlərində keçiriləcək Dünya Çempionatı üçün heyətini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ, Meksika və Kanadada keçiriləcək Dünya Çempionatına aşağıdakı futbolçular aparılacaq:

Qapıçılar: Əlirza Beyranvand (“Traktor”), Hüseyn Hüseyni (“Sepahan”), Peyam Niyazmand (“Persepolis”).

Müdafiəçilər: Danial Eyri (“Malavan”), Ehsan Hacisəfi (“Sepahan”), Saleh Hardani (“İstiqlal”), Hüseyn Kanaani (“Persepolis”), Şoca Xəlilzadə (“Traktor”), Milad Məhəmmədi (“Persepolis”), Əli Nemati (“Fulad”), Ramin Rəzayan (“Fulad”).

Yarımmüdafiəçilər: Ruzbeh Çeşmi (“İstiqlal”), Səid Ezzətollahi (“Şabab”), Mehdi Qayedi (“Əl-Nəsr”), Saman Qoddos (“Kalba”), Məhəmməd Qorbani (“Əl-Vəhda”), Əlirza Cahanbəxş (“Dender”), Məhəmməd Mohebi (“Rostov”), Əmir Məhəmməd Rəzzaqiniya (“İstiqlal”), Mehdi Torabi (“Traktor”), Ariya Yusefi (“Sepahan”).

Hücumçular: Əli Əlipur (“Persepolis”), Dennis Darqahi (“Standard”), Əmirhüseyn Hüseynzadə (“Traktor”), Şəhriyar Moğanlu (“Kalba”), Mehdi Taremi (“Olimpiakos”).

Dünya çempionatının qrup mərhələsində İranın rəqibləri Belçika, Misir və Yeni Zelandiya olacaq.

Seçilən
4
3
bakivaxti.az

5Mənbələr