AZ

Turist axını niyə hər ay azalır?- SƏBƏB BİLİNDİ

Nə billah eləyiriksə əcnəbi turistlər ölkəmizə gəlmir. Təkcə ölkəmizin turizm potensialının təşviqi üçün Dövlət Turizm Agentliyi hər il milyonlarla pul dağıdır. Avstraliyadan tutmuş Amerikaya, Amerikadan Argentinaya, Argentinadan Yaponiyaya qədər nə qədər bloger, infunserə ətək-ətək pul paylayırlar ki, ölkəmizi reklam edin, turist gəlsin.

Amma heç nə dəyişmir. Aybaay gələn turustlərin sayı azalır.

Di gəl ki, qonşu ölkələr turizm hesabına qaz vurub, qazan doldurur.

Mövzu ilə bağlı danışan iqtisadçı Natiq Cəfərli deyir ki, 2026-cı ilin birinci kvartalında (yanvar-mart) Azərbaycana gələn turist sayı, 2025-ci ilin eyni dövrü ilə müqaisədə 5%-ə yaxın azalıb, cəmi 484 min turist səfər edib:

“Gürcüstana eyni dövrdə 998, yəni, təxminən, 1 milyon turist səfər edib – bu keçən ilin eyni dövrü ilə müqaisədə 4% daha çoxdur.

Eyni dövrdə Ermənistana 454 min turist gəlib, bu keşən ilin 1-ci kvartalı ilə müqaisədə 18,2% çoxdur və ümumiyyətlə, 1991-ci ildən üzü bəri Ermənistanda 1-ci rübdə heç vaxt bu qədər turist olmayıb, bu rekord göstəricidir.

Quru sərhədlərin mənasızcasına bağlı olması ölkəmizin iqtisadi durumuna, turizm sahəsinə ciddi mənfi təsir göstərir. Tbilisiyə dəmir yolunun açılması bu vəziyyəti düzəltmir – çünki, gündə cəmi 1 səfər edən qatar turizmə, iqtisadiyyata heç cür təsir edə bilməz.

Bu inadı bitirmək, bu daşı ətəkdən tökmək, sərhədləri açmaq lazımdır – bu ölkə iqtisadiyyatına müsbət təsir etməklə yanaşı, Azərbaycanın investisiya imicinə də yaxşı impuls verə bilər... “

News365.az

Seçilən
21
news365.az

1Mənbələr