AZ

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu

Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək İctimai Birliyi tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün maraqlı və yaddaqalan tədbir təşkil edildi.

QHT.az xəbər verir ki, tədbir çərçivəsində uşaqlar üçün müxtəlif əyləncəli oyunlar, maarifləndirici və interaktiv fəaliyyətlər keçirildi. Uşaqlar birlikdə maraqlı gəzintidə iştirak etdilər, kinoteatrda film izlədilər və xoş vaxt keçirdilər. Gün ərzində uşaqların sevinc dolu anları, səmimi təbəssümləri və yüksək əhval-ruhiyyəsi bayramın əsas gözəlliyini təşkil etdi.

İctimai Birliyin məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, onların sosial inteqrasiyasına dəstək göstərilməsi və bayram sevincini bölüşmək olub.

Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək İctimai Birliyi bütün uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edir, onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayır!

Seçilən
58
qht.az

1Mənbələr