AZ

Xalq və liderlər razılaşdı: iki ölkə birləşir Rusiya üçün böyük itki

ain.az, Bizim media saytına istinadən bildirir.

Moldovanın xarici işlər naziri Mixay Popşoy Rumıniya ilə birləşmə ehtimalından danışıb. Nazir bu ideyaya müsbət yanaşdığını ifadə edib. O, Rumıniya vətəndaşı olduğunu xatırladaraq, belə bir təşəbbüs irəli sürülərsə, əleyhinə səs verməyəcəyini deyib.Nazirin sözlərinə görə, bu məsələ ilə bağlı yekun qərar Moldova vətəndaşlarının iradəsindən asılıdır. Həmçinin daha əvvəl Rumıniya Prezidenti Nikuşor Dan da eyni fikirləri səsləndirmişdi.Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “Globalinfo.az”-a danışan politoloq Tofiq Abbasovun sözlərinə görə, Moldova və Rumıniyanı birləşdirən çoxsaylı ortaq dəyərlər, milli zəmində qohumluq, yaxınlıq və hətta doğmalıq amilləri var:“Faktiki olaraq Rumıniyadan Moldovanın, keçmiş adı ilə desək, Bessarabiya bölgəsinin ayrılması geosiyasi proseslərin nəticəsidir. İkinci Dünya müharibəsindən sonra bu proses daha da dərinləşdi. Sovet İttifaqı həmin dövrdə Şərqi Avropada bir çox dəyişikliklərə üstünlük verdi. Moldovada Bessarabiya adından imtina edildi.

 

Moldovalılar və rumınlar faktiki olaraq eyni dildə danışırlar. Sadəcə müəyyən şivə fərqləri var. Rumıniyanın siyasi elitaları uzun illər Moldovanın geri dönüşünü arzulayıblar. Hazırda isə Moldova vətəndaşlarının təxminən 70 faizinin cibində həm də Rumıniya pasportu var. Moldovalılar bu yolla Avropa İttifaqı vətəndaşı olmaq istəyirlər.

İndiki zamanda görürük ki, dünyada çox dərin proseslər baş verir. Ən kəskin və gözlənilməz dəyişikliklər, parçalanmalar, yeni sərhədlərin formalaşması qarşıdurmalar zəminində ortaya çıxır. Birinci Dünya müharibəsindən sonra milli dövlətlərin sayı artdı. İkinci Dünya müharibəsindən sonra isə bu proses daha da sürətləndi.Hazırda dünya nizamı yenidən dəyişir. Dünya birliyi özü də ciddi transformasiyalar mərhələsinə daxil olub. Bir çox toplumlar həsrəti ilə yaşadıqları ideyalar üzərində fokuslanıblar.Hazırda həm Rumıniya, həm də Moldova tərəfindən birləşmə ilə bağlı istək var. İndiki halda bu, baş verərsə, ilk növbədə böyük Rumıniya NATO və Avropa İttifaqının üzvü kimi Rusiya sərhədlərinə daha da yaxınlaşacaq. Moldovadakı vəziyyət isə çox tektonik xarakter ala bilər.Əgər kəskin şəkildə birləşmə prosesi meydana gələrsə, bu məsələdə müxtəlif qüvvələr hücum mövqeyinə keçə bilər. Moskva Moldovanın qəti şəkildə onun düşmənlərinin cərgəsinə keçməməsinə çalışacaq. Çünki aydın məsələdir ki, Rusiyanın Qərblə qarşıdurmasının davam etdiyi bir vaxtda Moldovanı itirməsi onun üçün ciddi geosiyasi itki olar”.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
1
bizim.media

2Mənbələr