AZ

YAP Yardımlı rayon təşkilatının qərargahında fəallarla görüş keçirilib

Ses qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatının qərargahında partiyanın fəaliyyətində xüsusi xidmətləri ilə seçilən fəallarla görüş keçirilib.

Əvvəlcə müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin sosial şəbəkələrdə layiqincə təbliği işində YAP Yardımlı rayon təşkilatının fəallarının xidmətlərini yüksək qiymətləndirib. Anar Alışov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli Lider Heydər Əliyevin siyasi irsinə və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə sadiqlik, dövlət və xalq maraqlarının müdafiəsi və təbliği YAP Yardımlı rayon təşkilatının fəaliyyətinin əsas istiqamətlərindən biridir.

Sonda YAP Yardımlı rayon təşkilatı tərəfindən sosial şəbəkələrdə fəal iştirakı ilə seçilən bir qrup şəxsə hədiyyə verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
sesqazeti.az

1Mənbələr