Almaniyanın məşhur "Transfermarkt" portalı Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin transfer dəyərini yeniləyib.
Sportal.az xəbər verir ki, Almaniyanın "Kayzerslautern" klubunun formasını geyinən Emrelinin dəyəri 100 min avro azalıb.
Milli hücumçunun dəyəri hazırda 600 min avro (təxminən 1,19 milyon manat) təşkil edir.
Qeyd edək ki, onun “Kayzerslautern”dən ayrılacağı gözlənilir. Emreli bu mövsüm ikinci Bundesliqa və Almaniya kuboku olmaqla cəmi 13 matçda meydana çıxıb və 2 qol vurub, 1 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi