AZ

ABŞ Gürcüstanla strateji tərəfdaşlığın davam etdiyini bəyan edib – ÖZƏL

ABŞ Dövlət Departamentinin bəyanatı Vaşinqtonun Gürcüstanla uzunmüddətli strateji tərəfdaşlıqdan imtina etmədiyini göstərir. 

Olaylar.az xəbər verir ki, bu barədə "Lelo - Güclü Gürcüstan" partiyasının liderlərindən biri Qriqol Qeqeliya bildirib.

Onun sözlərinə görə, ABŞ Gürcüstanla münasibətlərdə yeni mərhələyə hazır olduğunu ifadə etsə də, əlaqələrin tam bərpası üçün konkret addımların vacibliyini vurğulayıb. Qeqeliya qeyd edib ki, bəyanatda müxalifətin siyasi proseslərdə iştirakı və təmsilçiliyinə xüsusi diqqət ayrılması funksional demokratiya üçün güclü müxalifətin əhəmiyyətini göstərir.

Siyasətçi hesab edir ki, bu mesaj Gürcüstanın Avropa və Avroatlantik inteqrasiya kursunun davam etdirilməsi və demokratik institutların gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
43
olaylar.az

1Mənbələr