
“Opta” superkompüteri Dünya Kubokunun favoritlərini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Opta” analitik şirkəti rəsmi saytında məlumat dərc edib.
Məlumata görə, İspaniya milli komandası 16,1%-lə siyahıda ilk yerdə qərarlaşıb.
Fransa milli komandası 13%-lə siyahıda ikinci olub. İlk üçlüyü 11,2 %-lə İngiltərə mili komandası tamamlayıb.
Ev sahiblərindən heç biri (ABŞ, Meksika və Kanada) ilk onluqda yer almayıb.
Siyahını təqdim edirik:
1. İspaniya - 16.1%.
2. Fransa - 13%.
3. İngiltərə - 11.2%.
4. Argentina - 10.4%.
5. Portuqaliya - 7%.
6. Braziliya - 6.6%.
7. Almaniya - 5.1%.
8. Niderland - 3.6%.
9. Norveç - 3.5%.
10. Belçika - 2.4%.
Qeyd edək ki, 2026-cı il Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirdə ilk dəfə 48 komanda iştirak edəcək və komandalar hər biri dörd komandadan ibarət 12 qrupda mübarizə aparacaq.