AZ

Media: ABŞ Afrikada diplomatik nümayəndəliklərin sayını azaldacaq

Bakı, 2 iyun, AZƏRTAC

ABŞ Afrikada viza müraciətlərini qəbul edən səfirlik və konsulluqlarının sayını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi ABŞ Dövlət Departamentinin daxili sənədinə və məlumatlı mənbələrə istinadla məlumat yayıb. Qeyd edilib ki, hazırda viza müraciətlərini qəbul edən 50 diplomatik nümayəndəliyin sayı 20-yə endiriləcək. Dəyişikliklərin yaxın həftələrdə qüvvəyə minəcəyi gözlənilir.

Bildirilib ki, diplomatik nümayəndəliklər fəaliyyətini davam etdirəcək, ABŞ vətəndaşlarına konsulluq xidmətləri göstərəcək və xüsusi hallarda viza müraciətlərinə baxacaq.

AP-nin məlumatına görə, bu addım Vaşinqtonun immiqrasiyanı məhdudlaşdırmaq və viza müddəti bitdikdən sonra ölkədə qanunsuz qalan şəxslərlə mübarizə siyasətinin bir hissəsidir.

Xatrıladaq ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası son aylarda daha sərt immiqrasiya tədbirlərinin tərəfdarı olduğunu dəfələrlə bəyan edib.

 

Seçilən
15
1
azertag.az

2Mənbələr