AZ

SLB: SOCAR ilə əməkdaşlıq enerji layihələrində rəqəmsal texnologiyaların rolunu artırır

Bakı, 2 iyun, AZƏRTAC

SOCAR ilə əməkdaşlıq çərçivəsində rəqəmsal texnologiyaların tətbiqi enerji layihələrinin səmərəliliyinin artırılmasına imkan yaradır.

AZƏRTAC xəbər verir ki, bu sözləri SLB-nin coğrafiyalar üzrə icraçı vitse-prezidenti Steve Gassen Bakı Enerji Forumunda “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, enerji sektorunda ən son rəqəmsal texnologiyaların tətbiqi yataqların daha səmərəli işlənilməsinə və hasilat proseslərinin optimallaşdırılmasına mühüm töhfə verir.

“SLB SOCAR ilə əməkdaşlıq çərçivəsində müxtəlif inkişaf layihələrini dəstəkləyir və bu istiqamətdə innovativ həllərin tətbiqinə xüsusi önəm verir. Tarixən tam işlənilməmiş yataqların inkişafında rəqəmsal texnologiyalar mühüm rol oynayır. Layihələrin yekun investisiya qərarına doğru irəliləməsi ilə yeni imkanlar yaranacaq”,- deyə o bildirib.

Foto - Səfiyar Məcnun
Operator - Mirrəsul Cəfərov
Seçilən
21
2
azertag.az

3Mənbələr