Sənədə əsasən, turizmdən əldə olunan gəlirlər rekord həddə - 4,7 milyard dollara çatıb. Hesabat dövründə pensiya və sosial müavinətlər artırılıb, əhalinin 95 faizi səhiyyə xidmətləri ilə əhatə olunub, orta ömür uzunluğu yüksəlib, uşaq ölümü göstəricisi isə azalıb.
Hesabatda qeyd olunur ki, Gürcüstan xarici siyasətdə çoxvektorlu əməkdaşlıq kursunu və Avropa İttifaqı ilə uyğunlaşma prosesini davam etdirir. Eyni zamanda, ölkə regional və beynəlxalq layihələrdə fəal iştirakını sürdürür.
Bundan başqa, işğal olunmuş ərazilərlə bağlı sülh siyasəti və humanitar əməkdaşlıq proqramlarının davam etdirildiyi vurğulanır. Müdafiə sahəsində isə 2035-ci ilədək nəzərdə tutulan uzunmüddətli transformasiya çərçivəsində hava hücumundan müdafiə, kəşfiyyat, mühəndis qoşunları və kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi istiqamətində işlər aparılır.
Hesabatı Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentin yaz sessiyasının sonunadək qanunverici orqana təqdim etməlidir.