AZ

Gürcüstan hökuməti: Turizm gəlirləri rekord həddə çatıb, sosial göstəricilər yaxşılaşıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan hökumətinin proqramının icrası ilə bağlı hesabatda bildirilir ki, 2025-ci il iyunun 1-dən 2026-cı ilin may ayınadək olan dövrdə ölkədə sosial-iqtisadi göstəricilərdə müsbət dinamika müşahidə olunub.

Sənədə əsasən, turizmdən əldə olunan gəlirlər rekord həddə - 4,7 milyard dollara çatıb. Hesabat dövründə pensiya və sosial müavinətlər artırılıb, əhalinin 95 faizi səhiyyə xidmətləri ilə əhatə olunub, orta ömür uzunluğu yüksəlib, uşaq ölümü göstəricisi isə azalıb.

Hesabatda qeyd olunur ki, Gürcüstan xarici siyasətdə çoxvektorlu əməkdaşlıq kursunu və Avropa İttifaqı ilə uyğunlaşma prosesini davam etdirir. Eyni zamanda, ölkə regional və beynəlxalq layihələrdə fəal iştirakını sürdürür.

Bundan başqa, işğal olunmuş ərazilərlə bağlı sülh siyasəti və humanitar əməkdaşlıq proqramlarının davam etdirildiyi vurğulanır. Müdafiə sahəsində isə 2035-ci ilədək nəzərdə tutulan uzunmüddətli transformasiya çərçivəsində hava hücumundan müdafiə, kəşfiyyat, mühəndis qoşunları və kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi istiqamətində işlər aparılır.

Hesabatı Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentin yaz sessiyasının sonunadək qanunverici orqana təqdim etməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
olaylar.az

1Mənbələr