AZ

“Şamaxı”da oyunçu qalmadı Bağırovun taleyi

futbolpress-az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Misli Premyer Liqasında son günlərin ən aktiv komandası “Şamaxı”dır.

Çempionatın bitməsindən sonra baş məşqçi Ayxan Abbasovla vidalaşan “şirlər”də demək olar, hər gün azı bir ayrılıq açıqlanır.

Gedənlər:

Rüfət Abbasov, Kərim Rossi, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu, Arsen Ağcabəyov, Rafael Məhərrəmli, Vladislav Veremeyev, Nihat Mehralıyev, Bilal İsmayılov. 

Adıçəkilənlər sırasında Rossi, Abbasov, Rzayev, Tirkoveanu, Ağcabəyov, Məhərrəmli başa çatan mövsümdə komandanın aparıcı oyunçuları idi, ancaq ilk yola salınanlar/getmək istəyənlər onlar oldu.

Son bir həftədə artıq 14 futbolçunu göndərən “Şamaxı”da nə baş verdiyi qeyri-müəyyəndir. Baş məşqçi postuna Azər Bağırovun gətiriləcəyi gözlənilir, anlaşma da var, lakin təyinat açıqlanmır.

Avrokuboklarda iştirak etməyəcək komanda mövsümə gələn ay başlayacaq. Lakin indidən heyətin formalaşdırılması, baş məşqçi təyinatı və digər məsələlər açıqlanmalıdır. Düzdür, komandanın növbəti mövsümdə də hədəfi liqada qalmaq olacaq və bununçün hazırlığa bir ay da bəs edər. Lakin gözlənilməz ayrılıqlar və gecikən təyinat komanda ətrafında sual doğuran məqamlar üzə çıxarır. Bu qədər gediş niyə? Kapitanlar Arsen və Rafael nə üçün ayrıldı? Əcəb vəziyyətdir…

“Şamaxı”nın indiki durumu yeni çalışdırıcı Azər Bağırov üçün təəccüblü situasiya deyil. Mütəxəssis daha əvvəl “Araz-Naxçıvan”, “Kəpəz”də də qısa müddətdə heyət formalaşdırmaq məcburiyyətində olub.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
futbolpress.az

1Mənbələr