AZ

Naxçıvanın İlandağ dağında qayaüstü kitabə aşkar edilib

30 illik axtarışlardan sonra Naxçıvanın qədim tarixində dəyərli bir əsər olan İlandağ dağında qayaüstü kitabə aşkar edilib.

Bu barədə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin müxbir üzvü, Naxçıvan Dövlət Universitetinin professoru və arxeoloq Vəli Baxşəliyev öz Facebook səhifəsində məlumat verib.

"30 illik axtarışlardan sonra aparılan arxeoloji ekspedisiya zamanı nəhayət ki, İlandağ dağında bir kitabə aşkar edildi. Bu kitabə Naxçıvanın qədim tarixinin öyrənilməsi üçün çox vacibdir. Bu mətndə Urartu hökmdarları İşpuini və Menuanın Naxçıvana hərbi yürüşü haqqında məlumat var. Xüsusilə, onların indiki Arazin kəndinin ərazisindən necə keçdikləri və Araz çayının cənubunda yerləşən Pluadi torpağında Xaldi tanrısına qurban kəsdikləri barədə məlumat verilir.

Lakin tədqiqatlar göstərir ki, Urartuların Naxçıvana genişlənməsi uğursuz olub. Sisianda tapılan kitabədən də göründüyü kimi, Naxçıvanda özünü möhkəmləndirən Etiuni konfederasiyası fəthçilərə xərac verməklə məhdudlaşaraq müstəqilliyini qoruyub saxlaya bilib", - deyə alim qeyd edib.

Seçilən
16
anspress.com

1Mənbələr