AZ

Məşhur məkanda heyvanlar incidilir Video

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

Xızı meşələrinin yaxınlığında yerləşən “Altıağac Cənnət Bağı”nda “zoopark” adı altında müxtəlif vəhşi heyvanlar saxlanılır. Lakin sosial şəbəkələrdə heyvanların saxlanma şəraitinin qənaətbəxş olmadığı ilə bağlı görüntülər yayılıb. Hətta heyvansevərlər bununla bağlı imzatoplama kampaniyası başladıb.

Axar.az xəbər verir ki, şikayətçilər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə onlayn müraciətlərinin cavabsız qaldığını vurğulayırlar.

Onların sözlərinə görə, ərazidə ayılar, meymunlar, marallar, ördəklər, qu quşları və digər heyvanlar var.

“Maralların saxlanıldığı sahə nisbətən geniş görünsə də, xüsusilə ayılar və meymunların yerləşdirildiyi qəfəslər ciddi narahatlıq doğurur. Bu heyvanların təbii davranışlarını həyata keçirə bilməsi, hərəkət etməsi və normal həyat funksiyalarını qoruması üçün tələb olunan şəraitin təmin olunmadığı müşahidə edilir.

Ayıların dar qəfəslərdə nəzərəçarpacaq dərəcədə arıq görünməsi, passiv və stresli davranışlar sərgiləməsi diqqət çəkir. Meymunların isə son dərəcə məhdud sahədə saxlanılması onların sosial və fiziki ehtiyaclarının qarşılanmadığını göstərir.

Ümumilikdə həmin “zoopark” ərazisi müxtəlif növdən olan heyvanların sağlam və təhlükəsiz şəkildə saxlanılması üçün yetərli görünmür. Odur ki, zoopark lisenziyasının varlığı şübhə doğurur. Varsa da minimal şərtlər və mühitə sahib bu məkana verilən lisenziyanın qanuniliyini, zoopark standartlarına nə dərəcədə sahib olmasını ciddi araşdırma hədəfi edir. Vəhşi heyvanların və quşların fərqli bioloji ehtiyacları, hərəkət arealları və davranış xüsusiyyətləri var. Bu canlıların məhdud və uyğun olmayan sahələrdə nümayiş məqsədilə saxlanılması heyvan rifahı prinsipləri ilə uyğun gəlmir”, - şikayətdə bildirilir.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilən sorğuya cavabda araşdırma aparıldığı qeyd edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
50
3
axar.az

4Mənbələr