AZ

“Qəbələ” daha iki futbolçu ilə vidalaşıb

Bakı, 2 iyun, AZƏRTAC

“Qəbələ” daha iki futbolçu ilə vidalaşıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, qapıçı Rza Cəfərov və yarımmüdafiəçi Sambu Sissoko ilə icarə müqaviləsinin müddəti başa çatıb. Hər iki oyunçu məxsus olduqları klublara qayıdıblar.

Qeyd edək ki, “Qəbələ” daha əvvəl İbrahim Sanqare, Rüfət Əhmədov və Turan Manafovla əməkdaşlığa son qoyub.

Seçilən
31
2
azertag.az

3Mənbələr