ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində baş verən dəhşətli qətlin yeni təfərrüatları məlum olub.
SAVASHMEDİA.az xəbər verir ki, 1966-cı il təvəllüdlü Adıgözəl Məmmədov gəlini, 1995-ci il təvəllüdlü Gülüzar Məmmədovanı bıçaqlayaraq qətlə yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Məlumata görə, Adıgözəl Məmmədov 44 günlük Vətən müharibəsi şəhidi Səxavət Məmmədovun atası, qətlə yetirilən Gülüzar Məmmədova isə şəhidin həyat yoldaşı olub. Onun iki övladı qalıb.
Qətldən cəmi bir neçə saat əvvəl Gülüzar Məmmədova 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə övladları ilə bağlı duyğusal paylaşım edib. O, şəhid həyat yoldaşına müraciətlə uşaqlarının atasının ruhən hər zaman onların yanında olduğunu bildirib və övladlarına xoş arzularını çatdırıb.
"Ataları cənnətdən hədiyyə göndərib balalarıma. Sizə də, atanıza qurban olum. Atanız cismən yanınızda olmasa da, ruhən hər zaman yanınızdadır, sizi görür. Rəbbim sizi yüksək zirvələrdə görməyi nəsib etsin. Atanızın adına layiq bir şəkildə, atanız kimi qeyrətli övladlar olasınız. Qəlbinizdən sevinc, üzünüzdən təbəssüm əskik olmasın. Bayramınız mübarək".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.