AZ

Bulvardakı şipşirin festivaldan REPORTAJ - FOTOLAR

Dənizkənarı Milli Parkda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan "CandyFest" festivalı böyük maraqla qarşılanıb.

Festival ərazisi uşaqların və valideynlərin axınına səhnə olub.

Rəngarəng dekorasiyalar, şirniyyat köşkləri, əyləncəli oyunlar və müxtəlif şou proqramlar balacalara əsl bayram ab-havası yaşadıb.

WhatsApp

İki ay davam edəcək festival çərçivəsində uşaqlar üçün animatorların iştirakı ilə interaktiv oyunlar, rəqs proqramları və müxtəlif müsabiqələr təşkil olunub. Tədbirdə iştirak edən balacalar sevimli cizgi filmi qəhrəmanları ilə şəkil çəkdirib, müxtəlif hədiyyələr qazanıblar.

Bulvar boyunca qurulan fotozonalar isə ziyarətçilərin xüsusi marağına səbəb olub. Gün ərzində yüzlərlə insan bayram əhval-ruhiyyəsini əks etdirən xatirə fotoları çəkdirib.

Festivalda hər gün saat 17:00-dan 19:00-dək maraqlı tamaşalar, interaktiv oyunlar və müxtəlif əyləncə proqramları keçiriləcək.

Saat 20:30-dan etibarən isə möhtəşəm su sirki şousu təqdim ediləcək. 

Könül
Musavat.com 
Fotolar müəllifindir

Seçilən
8
1
musavat.com

2Mənbələr