AZ

Taksi sürücüsü və sərnişin arasında məbləğlə bağlı problem niyə yaranır? Ekspert AÇIQLADI VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Taksi sifariş platformalarında sürücülərə və sərnişinlərə fərqli məlumatların təqdim olunması ciddi narazılıqlara səbəb olur. Mütəxəssislər hesab edirlər ki, bu cür hallar həm istehlakçı hüquqlarının, həm də sürücülərin maraqlarının pozulmasına gətirib çıxarır.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bəzi hallarda taksi tətbiqlərində sürücünün sifariş məntəqəsinə çatma müddəti ilə sərnişinə göstərilən vaxt arasında ciddi fərq yaranır.

Onun sözlərinə görə, tətbiq sürücüyə real vəziyyəti əks etdirən məlumat təqdim etdiyi halda, sərnişinə daha qısa müddət göstərilir. Məsələn, sürücü sifariş ünvanına 15 dəqiqəyə çatacağını görür, lakin eyni vaxtda sərnişinin tətbiqində avtomobilin cəmi 5 dəqiqə sonra onun yanında olacağı qeyd edilir.

Bu cür uyğunsuzluqlar son nəticədə sürücü ilə sərnişin arasında narazılıq yaradır. Çünki sərnişin tətbiqdə göstərilən vaxta əsasən gözlənti formalaşdırır, avtomobil gecikdikdə isə məsuliyyəti sürücünün üzərinə qoyur.

Eldəniz Cəfərovun fikrincə, burada həm sürücünün hüquqları pozulur, həm də istehlakçı faktiki olaraq yanlış məlumatlandırılır. O hesab edir ki, taksi platformaları istifadəçilərə təqdim edilən məlumatların dəqiqliyini təmin etməli, sürücü və sərnişin ekranlarında göstərilən vaxt göstəriciləri arasında uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər görməlidirlər.

Ekspert vurğulayıb ki, şəffaf və dəqiq məlumatlandırma həm xidmət keyfiyyətinin yüksəlməsinə, həm də tərəflər arasında yaranan mübahisələrin azalmasına müsbət təsir göstərə bilər.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
avtosfer.az

1Mənbələr