AZ

Zara İbrahimzadə “PAŞA Bank”dan TƏBİB-ə keçdi

Zara

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) növbəti kadr dəyişikliyi baş verib.Ulusum.az xəbər verir ki, qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsini icra edən Elnur Hidayətoğlu bu postdan ayrılıb.Xatırladaq ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin əvvəlki rəhbəri Zamirə Ədilova idi. Hazırda isə onun yerinə Zara İbrahimzadə təyin olunub.Zara İbrahimzadə “PAŞA Bank” ASC-də Baş İcraçı Direktorun müşaviri kimi fəaliyyət göstərib.O, 2023-cü ilin fevral ayından indiyə qədər “PAŞA Bank” ASC-nin Marketinq departamentinin direktoru olub.O, ABB-nin Marketinq departamentinə direktor kimi 2020-ci ilin dekabrında təyin edilib, 2023-cü ilin yanvarında vəzifəsindən ayrılmışdı.ABŞ-ın Corc Mason Universitetinin məzunu olan Z.İbrahimzadə son 15 ildə Türkiyədə fəaliyyət göstərib.Müxtəlif şirkətlərdə, o cümlədən “LUKOİL Türkiyə”, “Akkuyu Nükleer” və SOCAR Türkiyə şirkətlərində çalışıb. Bu şirkətlərdə ayrı-ayrı marketinq və PR layihələrinin həyata keçirilməsinə rəhbərlik edib.

Diqqət Çəkənlər

Prezident İlham Əliyev italiyalı həmkarını təbrik edib.

“Bakı Enerji Forumu”nun ikinci günü başlayıb

Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar

Seçilən
42
ulusum.az

1Mənbələr