Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirdiyi “Tarixi irs: memarlıq nümunələrinə retrospektiv baxış” layihəsi çərçivəsində rayon təşkilatının gəncləri və könüllüləri Bakı şəhərinin müasir şəhərsalma, memarlıq və tarixi irs nümunələrini ziyarət ediblər.
Onlar “Bakı Ağ Şəhər”də Qarabağ Atları Meydanı, Nizami Gəncəvi parkı, paytaxtın müasir infrastrukturunun mühüm elementi olan piyada körpüsü, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda Qız Qalası, Şirvanşahlar Sarayı, Yeraltı hamam, Müqəddəs Əmanətlər Muzeyi ilə tanış olublar, eləcə də Bibiheybət, Keşlə Şah Abbas və Heydər məscidlərini ziyarət ediblər.
Gənclərə və könüllülərə hər bir məkan və abidə haqqında ətraflı məlumat verilib, müasir şəhərsalmanın və tarixi irsin nümunələri barədə faktlar nümayiş etdirilib.
Ziyarət gənclərdə yüksək təəssürat və bilgi formalaşdırıb.
Zamin Məmmədov, "İki sahil"