AZ

Lökbatanda suyun verilişində iki günlük fasilə olacaq

Yeni çəkilən su xəttinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində su təchizatında müvəqqəti fasilə yaranacaq.

KONKRET.az xəbər verir ki, 2 iyun gecə saatlarından etibarən 4 iyun günorta saatlarınadək qəsəbəyə içməli suyun verilməsi dayandırılacaq.

Qurum yaranacaq narahatlığa görə abonentlərdən üzr istəyərək, göstərdikləri anlayışa görə minnətdarlığını bildirib.

Seçilən
27
konkret.az

1Mənbələr