Azərbaycan millisinin sabiq futbolçusu Cavid İmamverdiyevin yeni klubu bəlli olub.
Msport.az xəbər verir ki, o, Region Liqası təmsilçisi “Ağsu Siti” ilə müqavilə imzalayıb.
36 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Neftçi”, “Elazığspor” (Türkiyə), “Sumqayıt”, “Sabah”, “Keşlə”, “Kəpəz”, “Şəki” və son olaraq “Zəngəzur”un formasını geyinib.
Qeyd edək ki, C.İmamverdiyev Azərbaycan millisinin heyətində 11 oyun keçirib və 1 qol vurub.