AZ

Tedesko imzasını atdı - Yeni klubu bəlli oldu

"Fənərbağça" ilə yollarını ayırdıqdan sonra gələcəyi maraqla gözlənilən Domeniko Tedesko yeni klubunu müəyyənləşdirib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, İtaliya Serie A təmsilçisi "Bologna" komandanın baş məşqçisi vəzifəsinə Domeniko Tedesko ilə razılığa gəldiyini açıqlayıb. İtaliya klubu Tedesko ilə 2+1 illik rəsmi müqavilə imzalandığını bildirib.


Qeyd edək ki, "Fənərbağça"da keçirdiyi mövsümdə 45 oyunda komandanı idarə edən 40 yaşlı Tedesko bu qarşılaşmalarda 26 qələbə, 12 heç-heçə və 7 məğlubiyyət əldə edib.

Seçilən
24
manset.az

1Mənbələr