AZ

Tramp ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb

ABŞ Prezidenti Donald Tramp Aleksandr Aldeni ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd göstərib.

Məlumata görə, Aldenin namizədliyi ABŞ Senatı tərəfindən nəzərdən keçirildikdən və təsdiqləndikdən sonra qüvvəyə minəcək.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Aleksandr Alden Tramp administrasiyasının ilk dövründə Dövlət Departamentində, Milli Təhlükəsizlik Şurasında və Pentaqonda müxtəlif vəzifələrdə çalışıb. O, daha sonra özəl sektorda fəaliyyət göstərərək texnologiya və məlumat analitikası sahəsində fəaliyyət göstərən şirkətdə baş məsləhətçi, həmçinin nüfuzlu beyin mərkəzində əməkdaş kimi çalışıb.

Diplomat və beynəlxalq təhlükəsizlik üzrə mütəxəssis olan Alden ABŞ-ın xarici siyasəti, müdafiə strategiyası və Avropa ilə münasibətlər sahəsindəki fəaliyyəti ilə tanınır.

Onun namizədliyi təsdiqlənərsə, ABŞ-ın Azərbaycandakı diplomatik missiyasına rəhbərlik edəcək.

Lətifə Abdıyeva

Seçilən
18
sia.az

1Mənbələr