Yeni mövsümlə bağlı çalışmalarını davam etdirən “Araz-Naxçıvan” müqaviləsi başa çatan Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriques, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə yeni anlaşma imzalamayıb.
Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klub rəhbərliyi onlara xidmətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.