AZ

“TABATERRA”nın ixracı 60%-dən çox artıb

“TABATERRA” MMC 2026-cı ilin yanvar-aprel aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçıları arasında artım nümayiş etdirib.

Marja xəbər verir ki, şirkətin ixrac həcmi cari ilin ilk 4 ayında 15,1 milyon ABŞ dolları olub.

2025-ci ilin müvafiq dövründə bu göstərici 9,4 milyon ABŞ dolları təşkil etmişdi. Beləliklə, “TABATERRA”nın ixracı 5,7 milyon dollar və ya 60,6% artıb.

Bu dinamika şirkətin xarici bazarlarda satış həcmini artırdığını göstərir.

İş elanları AzVak.az-da

Seçilən
24
1
marja.az

2Mənbələr