AZ

Kaleb Orr: ABŞ ilə Azərbaycan arasında yeni kommersiya sazişlərinin ümumi dəyəri 8 milyard dolları ötür

Bakı, 2 iyun, AZƏRTAC

ABŞ şirkətləri ilə Azərbaycan tərəfi arasında imzalanan yeni kommersiya sazişlərinin ümumi dəyəri 8 milyard ABŞ dollarından çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr 1-ci Azərbaycan-ABŞ iqtisadi dialoquna həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, “Bakı Enerji Həftəsi” çərçivəsində ABŞ özəl sektoru ilə SOCAR arasında, eləcə də İqtisadiyyat Nazirliyində əlavə kommersiya sənədləri imzalanıb.

“ABŞ özəl sektoru ilə SOCAR arasında imzalanan kommersiya sazişlərinin və bu gün İqtisadiyyat Nazirliyində imzalanan əlavə razılaşmaların şahidi olmaq mənim üçün çox sevindirici oldu”, – deyə Kaleb Orr vurğulayıb.

ABŞ rəsmisinin sözlərinə görə, səfərin iqtisadi nəticələri kifayət qədər əhəmiyyətlidir. “Düşünürəm ki, ümumilikdə bu səfər çərçivəsində imzalanan kommersiya sazişlərinin həcmi 8 milyard dollardan çoxdur”, – deyə Kaleb Orr bildirib.

O, bunun ABŞ Prezidenti Donald Trampın regionda sülhə sadiqliyi və Prezident İlham Əliyevin dövlətçilik yanaşması sayəsində mümkün olduğunu qeyd edib.

“Bütün bunlar Prezident Donald Trampın regionda sülhə tarixi sadiqliyi və Prezident İlham Əliyevin dövlət xadimi kimi uzaqgörənliyi sayəsində mümkün olub”, – deyə ABŞ Dövlət katibinin köməkçisi əlavə edib.

Müxbir - Pərvanə Qafarova
Fotoqraf - Orxan Kərimov
Videooperator - Namiq Abdullayev
Seçilən
28
1
azertag.az

3Mənbələr