AZ

Sərnişinlər ödəniş qəbzlərində marşrut xəttini və ya metro stansiyasını görə biləcəklər

İctimai nəqliyyat sərnişinləri bank kartı ilə həyata keçirdikləri ödənişlər üzrə qəbzlərdə gedişin aid olduğu marşrut xəttini və ya metro stansiyasını görə biləcəklər.

Bu barədə “Bakıkart”dan məlumat verilib.

“Yeni funksionallıq istifadəçilərə ödənişlərini daha rahat izləməyə, əməliyyatların hansı marşrut və ya metro stansiyasına aid olduğunu daha asan müəyyən etməyə imkan verəcək”, – məlumatda bildirilib və əlavə edib ki, bu isə ödəniş məlumatlarının daha şəffaf və anlaşıqlı təqdim olunmasına xidmət edir.

Qeyd edək ki, bu funksionallığın bir hissəsi ötən aydan etibarən “Birbank” mobil tətbiqində aktivdir. İstifadəçilər ödəniş qəbzlərində əməliyyatın aid olduğu marşrut xəttini və ya metro stansiyasını görə bilirlər.

MənbəREPORT
Seçilən
84
8
banker.az

10Mənbələr