ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Real Madrid” “Liverpul”dan ayrılan mərkəz müdafiəçisi İbrahima Konateni transfer etməyə yaxındır.
İdman.Biz bildirir ki, bu barədə jurnalist Nikolo Şira məlumat verib.
Mənbənin məlumatına görə, 27 yaşlı futbolçu 2031-ci ilə qədər müqavilə imzalayacaq. Konatenin maaşı ildə 10 milyon avro olacaq.
AS xəbər verir ki, fransız futbolçu 4+1 müqaviləsi (mövsüm uzadılması seçimi ilə dörd illik) imzalayacaq.
31 may tarixində “Liverpul” Konate ilə müqaviləsinin ləğv olunduğunu elan edib. Müdafiəçi 2021-ci ilin yayından bəri mersisaydlılarda çıxış edirdi. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 50 milyon avrodur.
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.