AZ

Tramp: “İranla razılaşma hərbi qələbədən daha yaxşıdır”

ain.az bildirir, Ayna portalına istinadən.

“Atəşkəsin uzadılması və Hörmüz boğazının açılması üçün İranla razılığa gələ bilərik”

“Atəşkəsin uzadılması və Hörmüz boğazının açılması üçün İranla razılığa gələ bilərik”. AYNA.AZ xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “ABC News”un Vaşinqtondakı baş müxbiri ilə telefon danışığında deyib.

Prezidentin sözlərinə görə, problem iranlıların İsrailin Livana hücumlarından narazı olmasında idi: “Beləliklə, mən “Hizbullah”la danışdım və atəş açmamalı olduqlarını dedim. İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışdım və ona da atəş açmamalı olduqlarını dedim. Bununla da hər ikisi bir-birinə atəş açmağı dayandırdılar".

Amerika lideri hesab edir ki, İranla sülh razılaşması "hətta hərbi qələbədən də yaxşı" ola bilər. O danışıqları “çətin” adlandırıb və deyib ki, “biz həqiqətən böyük bir ölkə ilə məşğuluq”.

"Deməli, bu, onlar üçün asan deyil. Əslində bu, bizim üçün də asan deyil. Amma biz lazım olanı əldə edirik", Tramp əlavə edib.

Boğazın yenidən açılması ilə bağlı anlaşma memorandumunun tamamlanması üçün vaxt cədvəlinə cavab olaraq Tramp deyib: "Düşünürəm ki, gələn həftə danışacağıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
58
ayna.az

1Mənbələr