AZ

Dua Lipanın toy geyimindəki detal pərəstişkarlarını çaşdırdı

Alban əsilli britaniyalı müğənni Dua Lipanın toy geyimindəki bir detal sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Bildirilib ki, pərəstişkarlar müğənninin "Schiaparelli" arxiv kolleksiyasından olan ağ kostyumunu müzakirə ediblər.

Paylaşılan kadrlarda pencəyin astarının kənardan göründüyü diqqəti çəkir. Sosial şəbəkə istifadəçiləri bununla bağlı müxtəlif şərhlər yazıblar:

"Kimsə bu astardan nəsə desin, çünki o olmasaydı hər şey ideal olardı, yoxsa hamınız bunu görməzdən gəlirsiniz?", "Kostyum xoşuma gəldi, amma astarın demək olar ki, hər şəkildə göründüyünü fərq etdim və artıq bunu görməməzliyə vura bilmirəm".

Seçilən
36
publika.az

1Mənbələr