ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Amsterdamda yerləşən “Ayaks” rəsmi saytında Miçel Sançesin baş məşqçi təyin olunduğunu elan edib.
İdman.Biz bildirir ki, menecerin Niderland klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Miçel Sançes əvvəllər 2021-ci ildən 2026-cı ilə qədər “Jirona”nı çalışdırıb. Onun rəhbərliyi altında “qırmızı-ağlar” 2024/25 mövsümündə UEFA Çempionlar Liqasında iştirak edib. Ötən mövsüm “Jirona” La Liqa turnir cədvəlində 41 xalla 19-cu yerdə qərarlaşıb. Onun karyerasında “Hueska” və “Rayo Valyekano” da var.
“Ayaks” ötən mövsüm Erediviziya turnir cədvəlində beşinci yeri tutub.
İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.