AZ

“Yuventus” Fransa millisinin hücumçusunu transfer etmək istəyir

“Kristal Pelas”ın hücumçusu Jan-Filipp Mateta karyerasını İtaliyada davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, fransalı futbolçunun xidmətində “Yuventus” maraqlıdır. Turin təmsilçisi hücumçunun transferini bu yay reallaşdırmağı planlaşdırır.

Jan-Filipp Mateta 2022-ci ildə Almaniyanın “Maynts” klubundan 11 milyon avro qarşılığında “Kristal Pelas”a keçib. Onun London təmsilçisi ilə müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir.

Hücumçu 2025/2026 mövsümündə bütün turnirlərdə 50 oyunda meydana çıxıb. O, bu qarşılaşmalarda 16 qol vurub və üç məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun transfer dəyəri 35 milyon avro qiymətləndirilir.

Seçilən
23
90deqiqe.az

1Mənbələr