AZ

Xameneinin dəfn mərasimi Tehran, Qum və Məşhəddə keçiriləcək

“İran İslam Respublikasının öldürülən Ali rəhbəri Seyid Əli Xamenei ilə dəfn mərasiminin Qum, Məşhəd və Tehran şəhərlərində keçiriləcəyi dəqiqləşib”.

Missiya.Az xəbər verir ki, bu barədə Tehran merinin sosial məsələlər üzrə müavini Məhəmməd Əmin Təvəkkülizadə məlumat verib.

O bildirib ki, qurum Tehranda keçiriləcək vida mərasimində 15-20 milyondan çox insanın iştirakı üçün hazırlıq işləri görür.

Təvəkkülzadə mərasimin dəqiq vaxtını açıqlamasa da, bunun çox güman ki, Zilhiccə ayının sonunda və Məhərrəm ayının əvvəlində baş tutacağını əlavə edib.

Qeyd edək ki, bu tarix təxminən iyunun sonları və iyulun əvvəllərinə təsadüf edir.

Xatırladaq ki, Xamenei Fevralın 27-də ABŞ və İsrailin birgə hücumları zamanı öldürülüb.

Daşqın Həsənov

Missiya.Az

Seçilən
84
missiya.az

1Mənbələr