AZ

ÜST hantavirusla bağlı vəziyyətin pisləşməsini qeydə almayıb

"MV Hondius" kruiz gəmisində "Andes" hantavirusunun yayılması ilə bağlı vəziyyət sabit olaraq qalır və ümumi yoluxma riski aşağıdır.

"Far.Az" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus "X" sosial şəbəkə hesabında yazıb.

"MV Hondius gəmisindəki hantavirus epidemiyası ilə bağlı sonuncu ölüm hadisəsindən bir ay keçib və təsdiqlənmiş yoluxma hallarının sayı dəyişməz olaraq 13 olaraq qalıb", - deyə o əlavə edib.

Qebreyesus qeyd edib ki, təşkilat bütün sərnişinlər və heyət üzvləri üçün karantin başa çatana qədər təsirlənmiş ölkələrin hökumətləri ilə sıx əməkdaşlıq etməyə davam edəcək.

Seçilən
62
far.az

1Mənbələr