AZ

Biləsuvarda ağır qəza olub, ölən var

Biləsuvar rayonunda ağır qəza baş verib.

Musavat.com "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı iki kiçik tutumlu yük avtomobili toqquşub.

Hadisə nəticəsində Masallı rayonunun Ərkivan qəsəbə sakini, 1966-ci il təvəllüdlü Ələddin Babayev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
23
9
musavat.com

10Mənbələr