AZ

ABŞ İranın dörd kriptobirjasına sanksiya tətbiq edib

BAKI, 3 iyun. TELEQRAF

ABŞ Maliyyə Nazirliyi İranın dörd kriptovalyuta birjasına qarşı sanksiyalar tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə nazirliyin bəyanatında bildirilir.

Məlumata görə, sanksiyalar "Nobitex", "Wallex", "Bitpin" və "Ramzinex" platformalarını əhatə edir. ABŞ hakimiyyəti bu birjaların sanksiyalardan yayınmaq üçün istifadə edildiyini iddia edir.

ABŞ Maliyyə Nazirliyinin qiymətləndirməsinə əsasən, 2025-ci ildə İranın rəqəmsal aktivlərlə bağlı əməliyyatlarının 50 faizdən çoxu "Nobitex" platforması vasitəsilə həyata keçirilib. Bildirilir ki, bu əməliyyatlar arasında İran Mərkəzi Bankı və İslam İnqilabı Keşikçiləri Korpusunun maraqlarına xidmət edən tranzaksiyalar da olub.

Sanksiya siyahısına həmçinin "Nobitex"in təsisçiləri və rəhbər şəxsləri arasında yer alan dörd İran vətəndaşı da daxil edilib.

Seçilən
32
2
teleqraf.com

3Mənbələr