AZ

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasına zərbə endirb

BAKI, 3 iyun. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndə yerləşən Beşinci Donanmasının qərargahına raket və pilotsuz uçuş aparatları ilə zərbə endirdiyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə İranın ISNA agentliyi məlumat yayıb.

SEPAH-ın bəyanatına görə, əməliyyat ABŞ-nin İranın Keşm adasındakı hərbi obyektə endirdiyi zərbəyə cavab olaraq həyata keçirilib.

Bildirilir ki, ABŞ qüvvələri Keşm adasının cənubunda yerləşən və SEPAH-a məxsus rabitə qülləsini havadan vurub. Buna cavab olaraq İran tərəfi region ölkələrindən birində yerləşən ABŞ aviabazasını və helikopter meydançasını, həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahını hədəfə alıb.

Bəyanatda həmçinin qeyd olunub ki, İran qüvvələri Hörmüz boğazı yaxınlığında İran neft tankerinə endirilən zərbəyə cavab olaraq ABŞ-la əlaqəli olduğu bildirilən gəmiyə də hücum edib.

Seçilən
80
1
teleqraf.com

10Mənbələr