AZ

Bu dərmanlar döş xərçəngi riskini azaldır

Şəkərli diabetin müalicəsində və çəki azaltmaq üçün geniş istifadə olunan GLP-1 sinfinə aid dərmanların süd vəzi xərçəngi riskini aşağı sala biləcəyi müəyyən edilib.

Publika.az xəbər verir ki, bu qənaətə Pensilvaniya Universitetinin tədqiqatçıları gəliblər. Tədqiqatın nəticələri Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) illik konqresində təqdim olunub.

Alimlər artıq çəkili və ya piylənmədən əziyyət çəkən 45-80 yaş arası 111 646 qadının tibbi məlumatlarını təhlil ediblər. Onlardan 15 mindən çoxu GLP-1 dərmanlarını qəbul edib, qalanları isə bu cür dərmanlardan istifadə etməyiblər. Tədqiqatçılar daha sonra hər iki qrupda yeni süd vəzi xərçəngi hallarının tezliyini müqayisə ediblər.

Məlum olub ki, GLP-1 dərmanları qəbul edən qadınlarda süd vəzi xərçənginə tutulma ehtimalı təxminən 30 faiz daha aşağı olub. Bu nəticə həm ümumi seçmə qrupu üzrə, həm də yaş, bədən çəkisi, şəkərli diabet və nəticəyə təsir edə biləcək digər amillər nəzərə alınmaqla aparılan əlavə təhlillərdən sonra təsdiqlənib.

Seçilən
21
2
publika.az

10Mənbələr