AZ

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

İyunun 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi bildirib.

Məlumata əsasən, söhbət zamanı tərəflər Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi və regional gündəmdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Prezident Ərdoğan qeyd edib ki, Ankara ilə İrəvan arasında normallaşma prosesi birbaşa ticarətin bərpasına yönəlmiş addımlar vasitəsilə irəliləməkdə davam edir.

Türkiyə prezidenti həmçinin ölkəsinin regionda sülhün və sabitliyin möhkəmləndirilməsi istiqamətində səylər göstərdiyini və bu məqsədə xidmət edən təşəbbüslərə dəstəyini davam etdirəcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
1
olaylar.az

2Mənbələr