AZ

Microsoft elmi kəşfləri sürətləndirmək üçün “Majorana 2” adlı kvant çipini təqdim edib

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Microsoft korporasiyası “Majorana 2” adlı kvant çipini təqdim edib. Şirkət bu çipi süni intellektin yeni nəsil sistemləri üçün əsas platforma kimi nəzərdən keçirir və onun elmi tədqiqatları sürətləndirə biləcəyini bildirir. Bu barədə TASS Microsoft-un yaydığı məlumata istinadən xəbər verir.

XQ-nin məlumatına görə, “Majorana 2” topoloji kubitlər əsasında hazırlanıb. Microsoft-un hesablamalarına görə, bu texnologiya kvant hesablamalarının səhvlərə qarşı davamlılığını artırmağa və praktiki kvant kompüterlərinin yaradılmasını yaxınlaşdırmağa imkan verəcək.

Microsoft bildirib ki, yeni çip süni intellektin agent əsaslı sistemləri ilə birlikdə istifadə olunacaq. Bu sistemlər elmi hipotezlər irəli sürə, təcrübələri modelləşdirə və tədqiqat nəticələrini təhlil edə biləcək.

Şirkət hesab edir ki, kvant hesablamaları ilə süni intellektin birləşməsi enerji, elektronika və digər sahələr üçün yeni materialların daha sürətli tapılmasına şərait yaradacaq, həmçinin mürəkkəb elmi tədqiqatların aparılma müddətini əhəmiyyətli dərəcədə azaldacaq.

Seçilən
63
1
xalqqazeti.az

2Mənbələr