Ailə başçısının əməkhaqqına uşaq sayına və onun himayəsində olan şəxslərin sayına görə vergi güzəşti olunur.
Bu say neçə olmalıdır və nə qədər güzəşt olunur?
Son günlər ölkədə uşaq pulu əsas müzakirə mövzusuna çevrilib. Bəziləri bunun hər uşaq üçün yenidən bərpa edilməsini, bəziləri müxtəlif güzəştlər şəklində tətbiqinin tərəfdarıdır. Təkliflər arasında uşaq sayına görə valideynlərə olunan vergi güzəştləri də yer alıb.
Qanunvericilikdə valideynlərə himayəsində olduğu şəxslərin sayına görə vergi güzəşti tətbiq edilir. Yəni Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.
Bu maddəni Bizim.Media-ya şərh edən hüquqşünas Əkrəm Həsənov deyib ki, bu, yalnız valideynlərdən birinə aiddir:
“Yəni valideyndən tutaq ki, 200 manat məbləğində vergi tutulmalı idisə, 150 manat tutulacaq. Təqaüd, pensiya və işsizlik müavinəti alan şəxslər (uşaqlardan başqa), dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar), xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumluqdan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar himayədə olanlara aid edilmirlər.
Yəni şəxsin himayəsində pensiya alan valdieyn varsa, ona bu güzəşt tətbiq edilmir. Burada, əsasən, uşaqlardan söhbət gedir və əgər bu üç nəfərdən birinin 23 yaşı oldusa, güzəştin tətbiqi dayandırılır”
Günay Şahmar, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta