AZ

Nüvə silahına sahib İran Şimali Koreyadan daha təhlükəli olacaq və İsraili məhv etməyə çalışacaq

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Dövlət Katibi Marko Rubio 2 iyun 2026-cı il tarixində Vaşinqtonda ABŞ Senatının Xarici İşlər Komitəsində keçirilən açıq dinləmələrdə çıxış edib.

Bizimyol.info xəbər verir ki, bu, onun yeni administrasiyanın Yaxın Şərq siyasəti ilə bağlı Konqres qarşısında etdiyi ilk ictimai çıxışı olub. Rubio çıxışında ABŞ-ın münaqişələrin həlli, İsrail-Livan sərhədində gərginliyin azaldılması və Tehrana qarşı nüvə tələbləri mövzusundakı mövqeyini ətraflı şəkildə izah edib.

Rubio çıxışı zamanı rəsmi olaraq bəyan edib ki, İsrailin Livana qarşı heç bir ərazi iddiası yoxdur.

Dövlət Katibi çıxışında İranın nüvə proqramına xüsusi diqqət yetirib. O vurğulayıb ki, İranın nüvə silahına malik olması vəziyyəti “Şimali Koreyadan daha pis” edəcək.

Rubionun sözlərinə görə, Tehranın nüvə arsenalına sahib olması halında İran İsraili məhv etməyə cəhd göstərə bilər. “Belə texnologiyaların İran rejiminin əlinə keçməsi beynəlxalq ictimaiyyətin bu kimi təhlükələrə qarşı cavab imkanlarını ciddi şəkildə məhdudlaşdıracaq”, - deyə o qeyd edib.

Rubio həmçinin bildirib ki, əgər sülh qərarı yalnız İran xalqının üzərinə düşsəydi, bu razılaşma “sabahdan da gecikmədən” əldə oluna bilərdi. Lakin Ağ Evin qiymətləndirməsinə görə, İranın ali lideri və İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyi “xarici təzyiqə qarşı daha qorunmuş” vəziyyətdədir.

Bölgədəki vəziyyəti şərh edən siyasi ekspertlər bildirirlər ki, bu bəyanatlar Vaşinqtonun İrana və onun regiondakı vasitəçi qüvvələrinə qarşı sərt mövqeyini təsdiqləyir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
icma.az

1Mənbələr