AZ

Zelenski G7 sammitində iştirak edəcək

Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski iyunun ortalarında Fransada keçiriləcək "Böyük Yeddilik" (G7) sammitində iştirak edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Politico" nəşri öz mənbələrinə istinadən yazır.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Zelenski Evian-le-Ben şəhərində baş tutacaq tədbirdə Fransa, Almaniya, İtaliya, Yaponiya, Kanada, Böyük Britaniya və ABŞ-ın dövlət və hökumət başçılarına qoşulmalıdır.

"Politico"nun mənbələrindən biri bildirib ki, o, Ukraynanın hava hücumundan müdafiəsi məsələsini qaldırmaq, həmçinin hərbi diplomatiya mövzularını müzakirə etmək niyyətindədir.

G7 sammiti iyunun 15-dən 17-nə dək keçiriləcək.

Məryəm Quliyeva

Seçilən
39
xalqcebhesi.az

1Mənbələr