AZ

Vəhşicəsinə qətlə yetirilən 26 yaşlı Arzunun FOTOSU

Türkiyənin Gümüşhane vilayətində dəhşətli ailə faciəsi baş verib.

Türkiyə mediası xəbər verir ki, Torul rayonunda 27 yaşlı Halis Pekin həyat yoldaşı, 26 yaşlı Arzu Pekini odun parçası ilə döyərək qətlə yetirib.

Hadisə rayonun Merkez məhəlləsinin Değirmenyanı ərazisində, evlərinin qarşısında yerləşən odun yığma sahəsində qeydə alınıb. Məlumata görə, ər-arvad arasında naməlum səbəbdən başlayan mübahisə qısa zamanda davaya çevrilib. Bu zaman Halis Pekin əlinə keçən odun parçası ilə həyat yoldaşına ağır zərbələr endirib.

 
Aldığı zərbələr nəticəsində Arzu Pekin hadisə yerində həyatını itirib. Cinayətdən sonra şübhəli şəxs pikap avtomobili ilə ərazidən qaçıb.

Hadisə barədə məlumat alan polis və təcili tibbi yardım briqadaları dərhal əraziyə cəlb olunub. Arzu Pekinin meyiti prokuror və hadisə yeri araşdırma qruplarının işindən sonra yarılma üçün xəstəxana morquna aparılıb.

Qətl şübhəlisinin istifadə etdiyi pikap avtomobili daha sonra Gümüşhane–Trabzon avtomobil yolunun kənarında tərk edilmiş vəziyyətdə aşkarlanıb. Hüquq-mühafizə orqanları Halis Pekinin avtomobili qoyaraq piyada qaçdığını ehtimal edir.

Hazırda şübhəlinin tutulması istiqamətində genişmiqyaslı əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı araşdırma aparılır.//Nocomment.az

Seçilən
16
1
musavat.com

2Mənbələr