AZ

Federasiya rəhbəri: Hindistanın zikhləri assimilyasiya etməsinə imkan verməyəcəyik

Hindistan dövləti ya bizi fiziki olaraq məhv etmək, ya da assimilyasiya etməklə dilimizi, mədəniyyətimizi, irsimizi və inancımızı aradan qaldırmaq istəyir. Heç bir zikh buna səssiz qalmayacaq. Biz buna imkan verməkdənsə, ölməyi üstün tutarıq. 1984-cü ildən bəri hər nəsil zikh bu mövqeyi nümayiş etdirib.

APA xəbər verir ki, bunu Kanadada Zikh Federasiyasının rəhbəri Moninder Sinqh Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırımı kontekstində” adlı beynəlxalq konfransdakı çıxışında deyib.

“Bizə dövlət səviyyəsində, akademik dairələrdə və Bakı Təşəbbüs Qrupu kimi qeyri-hökumət təşkilatları ilə yüksək səviyyəli dialoq aparmaq imkanı verilib. Bu müzakirələrdə bizə hörmət və ləyaqətlə yanaşılıb. Azadlıq axtaran bir xalq üçün bu çox önəmlidir. Bu, xüsusilə özünü güclü dövlət kimi təqdim edən Hindistanın dünyada zikhləri ekstremist və ya terrorçu kimi göstərmək üçün dezinformasiya kampaniyaları apardığı bir dövrdə böyük əhəmiyyət daşıyır”, - federasiya rəhbəri vurğulayıb.

O əlavə edib ki, Hindistanın transmilli repressiyası yalnız 40 il əvvəl baş vermiş hadisələrlə məhdudlaşmır, son illərdə bu siyasət sərhədləri aşıb. Belə ki, Kanada, ABŞ, Böyük Britaniya, Avropa və Avstraliya kimi ölkələrdə yaşayan zikh diasporları da bunun təsirini hiss etdiklərini bildirirlər.

Moninder Sinqhin sözlərinə görə, dünyada təxminən 30 milyon zikh yaşayır, onların 5–6 milyonu diasporda, əsasən “Five Eyes” ölkələrində, 20–25 milyonu isə Hindistanın Pəncab bölgəsində məskunlaşıb.

O, beynəlxalq təşkilatlar və tərəfdaşlarla əməkdaşlıq vasitəsilə Hindistanın özünün təqdim etdiyi demokratik imiclə real siyasəti arasında fərqlərin olduğunu diqqətə çatdırıb: “Hindistanın özü heç vaxt mövcud olmayıb. O, Britaniya müstəmləkəçiliyinin yaratdığı konstruksiyadır. 1947-ci ilə qədər Hindistan adlı dövlət yox idi. Britaniyanın layihəsi nəticəsində müxtəlif dövlətlər və regionlar birləşdirilərək bu quruluş yaradılıb. Bu gün isə Narendra Modinin hakimiyyəti dövründə Hindistanda “bir millət, bir din, bir bayraq” ideologiyası hökm sürür. Bu, Hindutva rejimidir və Hindistanda sağçı ekstremist ideologiyanı təmsil edir”.

Seçilən
12
apa.az

1Mənbələr